İctimai çimərliklərlə bağlı BŞİH-nin məlumatı

27-08-2019, 19:21           
İctimai çimərliklərlə bağlı BŞİH-nin məlumatı
Teref.az - Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib.
Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.
Həmin KİV-lərdə qeyd olunanlar isə şaiyələrdən başqa bir şey deyildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.