DQİDK İsmayıllıda seminar-müşavirə keçirib.

30-08-2019, 07:47           
DQİDK İsmayıllıda seminar-müşavirə keçirib.
Teref.az - Milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət-din münasibətləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun bu sahədəki siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
29 avqust 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və RİH-nin birgə təşkilatçılığı ilə İsmayıllıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dini icma üzvlərinin, din xadimlərinin, ağsaqqalların, məktəb direktorlar və İƏD üzrə nümayəndələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini, dini komissiyanın sədri Rövşən Ağayev açıb.
DQİDK-si sədrinin birinci müavini Səyyad Salahlı mövzu ilə bağlı məruzə edib, dövlət-din münasibətlərinə bir daha aydınlıq gətirib. Qeyd olunub ki, dini radikalizm və ekstemizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılır, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri qorunub saxlanılır. Bu istiqamətdə maarifləndirici tədbirlərin gücündən daha səmərəli istifadə olunur.
“Cümə” məscidinin imami, QMİ-nin səlahiyyətli nümayəndəsi Vasif Teymurov dinin cəmiyyət üçün çox həssas bir sahə olduğunu diqqətə çatdırıb, dövlətin din sahəsinə qayğısından danışıb.
Sonda verilən suallar cavablandırılıb.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.