UĞURLU ƏMƏLİYYAT TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

4-09-2019, 08:41           
UĞURLU ƏMƏLİYYAT TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az- a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.