Yenə "şər" makinaları İsmayıllını nişan alır- Araşdırma

5-09-2019, 18:47           
Yenə "şər" makinaları İsmayıllını nişan alır- Araşdırma
Teref.az olaraq Azərbaycanın bütün rayonları ilə olduğu kimi, biz İsmayıllı rayonu ilə də mütamadi maraqlanırıq. Çünki İsmayıllı rayonu dinamik inkşaf edən rayonlardan biridir.
Yaxın keçmişə qədər büdcə dotasiyasında olan rayonlar sırasında yer alan və bütün göstəriciləri ilə bərbad idarəetmə nümünəsinə çevrilən İsmayıllı rayonu indi, öz hesabına yaşayan və hətta büdcəyə böyük məbləğdə vergi ödəyən respublika subyektidir. Ona görədə bəzi media portallarında nəinki həqiqətə uyğun olmayan, sadəcə şər və böhtan üstündə qurulmuş bəzi məqalələri görəndə ən azından bir həmkar olaraq özüm təəcüblənir və utanıram.
Mən İsmayıllının heç də uzaq olmayan keçmişinidə, indisinidə görən və orda yaşayan müxtaliof peşə adamları ilə əlaqəsi olan adamam.
Axı 5-6 il əvvəl vəfat etmiş adamın və ya illərdir yataq xəstəsi olan adamların adını hansısa nöqsanlarda hallandırmaq ən azından etika prinsipliəri ilə düz gəlmir.
İllər əvvəl rayonun mafioz rəhbərliyi tərəfindən yol verilmiş nöqsanları indiki rəhbərliyin adına yazmağa nə ad vermək olar? Axı yazını yazanda bu sayt rəhbərl və onun əməkdaşlarına sadəcə rayonun istəyir rəsmi saytında olan istəyirsə Respublika üzrə statistik məlumatlarına baxmaq kifayət edər ki, kimin kim olduğunu və nə zaman nə etdiyini aydın görəsən.
Düzdür əgər fikirlərin nəyin bahjasına olursa olsun şərləmək deyilsə.Bu gün İsmayıllı rayonu istəyir büdcə xərcləri, istəyir cari xərclər üzrə ən şəffaf və irad tutula bilməyən rayonlardan biridir.Bunu dəfələrlə aidiyyatlı orqanlar tərəfindən aparılan yoxlamalarda təsdiq edib.
Ən azından araşdırmaçı "jurnalist" araşdırma aparanda rayonun rəsmi saytına girib nəyin və kim tərəfindən alındığını, necə alındığını yoxlamalı idi.
Rayonun aidiyyətli idarələrindən əlində olan "fakt"larla bağlı məlumat almalı idi ki, sonra belə acınacaqlı vəziyyətə düşməsin.
Yoxsa 10-15 il əvvəlin yazılarından hansısa epizodları götürüb ( hansıların ki indiki rəhbərliyə heç dəxli yoxdur) yalandan bu gün adı ilə vermək, nə zamansa şikayətçi olmuş, lakin şikayətlərinin qanuna uyğun olmadığı sübut olunmuş və mediada təkzib olunmuş yazıları araşdırma adı altında verməyin adı sadəcə "reket"-çilikdir.
Hər halda İsmayıllı rayonu bu gün dinamik inkşaf yolunda müvəffəqiyyətlə irəli gedən, sənaye və turizm potensialını həqiqi mənada uğurla realizə edən tək tük raytonlarımızdandır ki, deyəsən bizim "reket"-lər qarğa quzğun kimi şər maşınlarını işə salıb üstünə tökülmək istəyirlər.

Heç bir mənbədən yoxlanılmamış, köhnə "reket" juranlistikanın "nümunəvi" yazılarından ( Əsas isə inlar hamısı təkzib olunub və sübutunu tapmayıb) götürüb, "fakt" adı altında verilən şər böhtanla nə qədər yol gedmək olar?
6-7 il əvvəl vəfat etmiş adamın, illər xəstəsinin adını hallandırmaqla nə etməki istədikləridə məlum deyil.Amma əsas odur ki, şər- bohtanla çoxda uzağa gedmək olmaz!
Arzu edək ki, rayonlarımız hamısı İsmayıllı rayonu kimi yüksəliş yolu tutsunlar!
Nurəddin Xoca
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.