NÖVBƏTİ REYD XUDATDA KEÇİRİLİB

6-09-2019, 11:19           
NÖVBƏTİ REYD XUDATDA KEÇİRİLİB
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Xudat şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə reyd keçirilib. Reyd zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı 70 sürücü saxlanılıb, 43 sürücü barəsində protokol tərtib edilib.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.