“Məndən pul istəyirlər, yoxsa obyekti sökəcəkləri ilə hədələyirlər” SAATLIDAN SAHİBKAR FƏRYADI

23-04-2015, 16:20           
“Məndən pul istəyirlər, yoxsa obyekti sökəcəkləri ilə hədələyirlər” SAATLIDAN SAHİBKAR FƏRYADI
“İki il öncə öz həyətimdə balaca dükan tikəndə ümid edirdim ki, ayda heç olmasa 100 manat gəlir əldə edəcəm. Hardan biləydim ki, buna görə, məni həbslə hədələyə bilərlər”.
Bu sözləri Saatlı rayon sakini Musa Məmmədov tərəfindən Editor.az-ın elektron ünvanına daxil olan şikayət məktubunda öz əksini tapıb.
“Təxminən iki il öncə öz həyətyanı sahəmdə kiçik ölçüdə dükan tikmişəm. Ailədə heç kim işləmir, təqaüd, sosial yardım da almırıq. Fikrim var idi, xırdavat mallar satar, heç olmasa gündəlik qida ehtiyacımızı ödəyərdik. Mağazanı tikəndən sonra Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib, təcili şəkildə bu obyekti sökməyi tələb edirlər. Etiraz etdikdə isə “Ya pul verməlisın, ya da xarabanı uçurmalısan” cavabını verirlər. Şikayət etmədiyim ünvan, döymədiyim qapı qalmayıb. Şikayətimə əhəmiyyət verən yoxdur. Hər gün polislə üstümüzə gəlirlər. Bilmirik neyləyək, dərdimizi kimə deyək?! Mən bu xırda dükanı tikməyə 1000 manat pul qoymamışam. Buna görə, məndən 3000 manat rüşvət tələb edirlər. Açıq deyirlər ki, icra başçısının göstərişidir. Ya pulunu verməli, ya da mağazanı yerlə-yeksan etməlisən”.

Editor.az-ın əməkdaşı məsələyə Saatlı rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefon nömrələrinə cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.