4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!

30-09-2019, 19:20           
4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!
Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.

Teref.az xəbər verir ki, “Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.