Əziz həmkarlar araşdırın düz yazın - İsmayıllı icra hakimiyyəti yalan yazanlara müraciət etdi

1-10-2019, 12:15           
Əziz həmkarlar araşdırın düz yazın - İsmayıllı icra hakimiyyəti yalan yazanlara müraciət etdi
Əziz həmkarlar araşdırın düz yazın.
Bu günlərdə bəzi saytlarda İsmayıllı Rayon İcra Hakimiyyətinin ünvanına səsləndirilmiş bəzi ittihamlar yayılmağa başlayıb. Məsələ bundadır ki, bir jurnalist hansısa məsələni araşdırmadan birtərəfli mövqedə yazır və həmin yazını digər saytlarda götürüb tirajlamağa başlayır. Ancaq yalan məlumatlarla, düzgün olmayan informasiyalarla heçbir araşdırma aparmadan kimisə ittiham eləmək jurnalist etikasına yaraşmır. Eyni zamanda insanları haqsız olaraq dövlətdən və dövlət orqanlarından nərazı salmağa xidmət edir ki, bu da qanunlara ziddir.
Məndə bir araşdırmaçı jurnalist kimi həmin yazıda səsləndirilən ittihamları araşdırmağa başladım. Özüm əslən İsmayıllıdan olduğum üçün işim də çox asan oldu. Əvvəlcə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. İcra Hakimiyyətinin əməkdaşı bildirdi ki, bəli vətəndaş Rasim Şahməmmədov ümumi səbəblərdən I qrup əlil kimi ev növbəsinə götürülüb. Evi isə icra Hakimiyyəti yox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. İcra Hakimiyyəti tərəfindən isə qanun və səlahiyyətləri çərçivəsində o ailəyə dəfələrlə maddi yardım olunub.
Sonra rayonda olan tanışların bir neçəsi ilə əlaqə saxladım. Kimdi bu Rasim Şahməmmədov? Tanışların bildirdiyinə görə Rasim Şahməmədov qarabağ əlili deyil. İçkili vəziyyətdə törətdiyi avtoqəza nəticəsində avtomobilində olan 5 nəfər dünyasını dəyişib maşından isə bir tək bu Rasim Şahməmmədov özü sağ çıxıb oda belə sağ. İndidə elə formada elə tələblər edir ki, sanki bu Milli Qəhrəmandır, yoxsa vətən uğrunda əlil olub? Düzdür insanlıq naminə bunada köməklik olunmalıdır. Bu ayrı mövzudur. Amma köməklik istəyəndə də bilməlisən ki, hansı köməkliyi hardan istəməlisən. Yoxsa aptekdə mənə çörək vermirlər deyib əczaçını günahlandırmaq olmaz.
Sonda bir daha həmkarlarıma demək istəyirəm ki daxil olan məlumatı və yaxud hansısa saytda gedən məlumatı əvvəlcə araşdırın sonra yazın. Məsələni araşdırmadan, qarşı tərəfi tanımadan və mövqeyini öyrənmədən haqsız yerə kimisə günahlandırmaq jurnalist etikasından kənardır.
Vaqif Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.