"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

1-10-2019, 12:37           
"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti BDU-nun tələbə və məzunları üçün təşkil edilmiş “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirində iştirak edib.

Teref.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.

Tədbir zamanı universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.