XAÇMAZ POLİSİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

14-10-2019, 16:56           
XAÇMAZ POLİSİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsində sakinlərlə görüş keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov ölkə və DİN rəhbərliyi səviyyəsində vətəndaşlara göstərilən diqqət və qayğının ən önəmli vəzifələrdən biri olduğunu, sakinləri narahat edən bütün məsələlərin yerli icra, o cümlədən polis orqanları tərəfindən mütəmadi olaraq öyrənildiyini, həlli istiqamətlərində zəruri işlərin həyata keçirildiyini nəzərə çatdırıb.
Daha sonra xidməti ərazidə ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa və narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verən polis polkovnik-leytenantı H.Həsənov polis-vətəndaş münasibətlərinin genişlənməsi və möhkəmlənməsinin vacibliyini qeyd edib, qəbula gəlmiş sakinlərin müraciətlərini dinləyərək, onları narahat edən məsələlərin qısa zamanda həlli üçün müvafiq tədbirlərin görülməsi üçün RPŞ-nin rəis müavinlərinə, bölmə rəislərinə, digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Qəbula gələn sakinlər diqqət və qayğıya, həmçinin problemlərinin həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.