STP-dən önəmli nailiyyət! ASME standartına uyğun Təzyiq Çənləri

17-10-2019, 19:40           
 STP-dən  önəmli nailiyyət! ASME standartına uyğun Təzyiq Çənləri
Sumqayıt Texnologiyalar Parkı önəmli nailiyyətə imza atıb. STP-nin Ağır Maşınqayırma Zavodu ASME Code standartına uyğun təzyiq altında işləyən çən istehsal edib. Təzyiq çəni Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində SOCAR-ın (Azərbaycan Dövlət Neft şirkəti) sifarişi əsasında hazırlanıb. Məhsulun istehsalı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin podratçı şirkəti Teknimont-un nəzarəti altında həyata keçirilib. Sifariş ümumilikdə 13 ədəd müxtəlif ölçülərdə və eyni zamanda fərqli dizaynda çənlər istehsalını nəzərdə tutur.

ASME Code sertifikatlı təzyiq çənlərinin istehsalı ölkəmiz və eyni zamanda Xəzəryanı ölkələr üçün də çox vacib hadisədir. Bu nailiyyət Texnopark üçün yeni imkanlar yaradır. Belə ki, müəssisə Xəzəryanı ölkələrə, Avropaya və eləcə də digər xarici dövlətlərə təzyiq çənləri ixrac edə biləcək. Bu da öz növbəsində həm şirkətin, həm də ölkənin imicinə yüksək töhfə verir.

Bundan öncə Azərbaycanda istehsal olunmuş çənlər GOST standart əsasında istehsal olunub ki, bu da yalnız keçmiş Sovet ölkələrinə satışı etmək imkanı verirdi. ASME ( American Society of Mechanical Engineers)  standartı ilə istehsal olunan çənlər isə dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində həyata keçirilən iri həcmli layihələrə satış imkanı verir. ASME Code standartı ilə hazırlanmış təzyiq çənləri Neftayırma zavodlarında, nasos stansiyalarında, dənizdə yerləşən neft platformalarında, gəmilərdə və. s  geniş istifadə olunur.

ASME ( American Society of Mechanical Engineers)  sertifikatını almaq önəmli hadisədir. Belə ki sertifikatın əldə etmək üçün ASME standartının maddi texniki baza və təhlükəsizlik şərtləri çox ciddi və spesifik olduğundan hər şirkət bu sertifikatı əldə edə bilmir. ASME standart olmaqdan əlavə həm də mədəniyyətdir.
STP adı çəkilən standarta müvafiq ASME sertifikat və aidiyyəti üzrə alt möhürlərini 2018-ci ildə əldə etmişdir.


Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.