Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb

21-12-2019, 09:03           
Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb
Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürübAzərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunan və Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb.

Qusar rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə A Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunan və Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb.
Qusar rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən reallaşdırılan “Skautlar təbiətin dostudur” layihəsinin ikinci mərhələsi həyata keçirilir.

“Skautlar təbiətin dostudur” layihəsinin işçi qrupunun formalaşdırılması məqsədilə təşkil olunan “Eko Akademiya” iştirakçılar üçün düşündüklərindən daha maraqlı başlayıb. Düşərgə ərazisinə gələn iştirakçılar nahar yeməyi yedikdən sonra açılış mərasimi baş tutub və onlar dərhal təlimlərə cəlb olunublar. Açılış mərasimində onlar günlük proqramları və layihənin gedişatı haqqında məlumatlandırılıblar.

Layihə çərçivəsində keçirilən təlimlərdən sonra hər bir iştirakçı öz rayonunda “Gənc eko-skautlar” qrupu yaradacaq. Bu qruplar da öz növbəsində təkrar emal, təbiəti tanıtmaq, ətraf mühitin mühafizəsi və digər ekoloji mövzularda maarifləndirmə işləri həyata keçirəcəklər.
Günün sonunda isə onlar axşam proqramında iştirak edərək öz asudə vaxtlarını səmərəli keçiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.