Azərbaycanda Ekoturizm Assosiasiyası təsis edildi

7-01-2020, 19:33           
Azərbaycanda Ekoturizm Assosiasiyası təsis edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi islahatlar
ölkənin bütün ictimai, iqtisadi və siyası sahələrini əhatə etməkdədir. Turizm, ekologiya və
təbii sərvətlərin mühafizəsi sahələrində də biz islahatların aparılmasını müşaidə edirik. Bu
sahələrdə gündəmə çıxmış yeni çağırışlara dəstək olmaq niyyətilə, o cümlədən illər ərzində
qazanılmış təcrübələrə dayaqlanaraq, adı gedən sahələrdə çalışan və hər birisi öz apardığı
fəaliyyətlərdə müvafiq uğurlar əldə etmiş bir qrup peşəkarlar Azərbaycan Ekoturizm
Assosiasiyasının yaranması təşəbbüsü ilə çıxış etmiş və təşkiatı təsis etmişdirlər.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılması təşəbbüsü haqqında bir sıra yerli və
xarici mütəxəssislər və təşkilatlarla məsləhətləşmələr aparılıb, təşkilatın İdarə Heyətinə
dəvət olan və digər ekspertlərin fikirləri öyrənilib və onların dəstəyi əldə edilmişdir.
Bunlar sırasında TİES (The İnternational Ecotourism Society/Beynəlxalq Ekoturizm
Cəmiyyəti), WWF (World Wide Fund for Nature/Ümümdünya Təbiəti Mühafizə Fondu,
Qafqaz Regional Ekologiya Mərkəzi, DAİR Hotellər və Restoranlar Assosiasiyası,
Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti kimi təşkilatların mütəxəssislərini qeyd
etmək olar və onlara dəyərli biliklərilə bölüşdüklərinə görə təsisçilər adından dərin təşəkkür
bildirilib.
Assosiasiyanın əsas məqsədləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın
inkişafına dəstək və yardım etməkdən, o cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə
malik ölkələr sırasında öndə olması üçün fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdan
ibarətdir.
Bu məqsədlərə nail olmaq üçün Assosiasiya bir sıra fəaliyyətləri realizə etmək niyyətindədir,
o cümlədən ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin
öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm
sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq
layihələrə dəstək vermək və onlarda iştirak etmək.
Bunlarla yanaşı, ekoloji mədəniyyəti, ekoturizm, təbiətin mühafizəsi, biomüxtəlifliyin
qorunması, davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliq etmək, ölkədə yeni
ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqroturizm, kənd turizmi, eko otellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının
hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı
ekoturizm ölkəsi kimi tanıtmaq.
O cümlədən, ekologiya və turizm sahələrində elmi-praktiki araşdırmalar, statistika və sair bu
kimi fəaliyyətləri həyata keçirmək, Assosiasiya sıralarında müxtəlif sahələr üzrə
mütəxəssisləri birləşdirmək və adı gedən sahələrdə güclü elmi-praktiki “beyin mərkəzi”
yaratmaq.
Və ekoloji mədəniyyət, ekorekreasiya, o cümlədən mədəni irs, aqro təcrübələr, dərketmə
turizmi, balneoloji resurslar, elmi turizm kimi istiqamətlərdə inkişafa yardım etmək, bu
sahələrin inkişafını təşviq və təbliq etmək.
Qeyd olunanlar Azərbaycan Ekoturizm Assosiasiyasının Nizamnaməsində öz əksini
tapmışdırlar.
Assosiasiyanın təsisçiləri bildirirlər ki, Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmin
inkişafına yardımçı olmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər və bu yolda onlara dəstək
olmaqa içtimaiyyətə müraciət edirlər, o cümlədən, gəncləri bu yolda daha aktiv olmaqa,
təcrübəli peşəkarları əməkdaşlıqa cağırırlar. Assosiasiyanın təsisçiləri ümid edirlər ki,
növbəti illərdən biri “Ekologiya və Turizm İli” kimi qəbul ediləcək və bu ekoloji mədəniyyətin
və ekoturizmin inkişafına əvəzedilməz töhfə gətirəcək.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılmasının təşəbbüskarları və təsisçiləri
haqqında qısa məlumatlar:
Samir Dübəndi, DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri, ATMU-nin
“Mehmanxana və restoran biznesi” kafedrasının baş müəllimi.
Zurab İsrafilov, “Azərbaycan Respublikkası Təbiəti Mühafizə Cəmiyyəti”-nin (1967-ci ildə
akademik Həsən Əlirza oğlı Əliyev tərəfindən yaradılıb) İdarə Heyətinin Sədri, ekologiya
sahəsində ekspert.
Rüfət Qocayev, “Qartal” Dağ İdman Klubunun təsisçisi, peşəkar dağ turizm marşrutları üzrə
ekspert.
Vüqar Dərgahov, BDU-nin “Xarici ölkələrin iqtisadi-siyası coğrafiyası və turizm” kafedrasının
dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, kənd turizmi, ekoturizm kimi sahələrdə
tətqiqatçı-ekspert.
_____________________________________________












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.