HƏMKƏNDLİSİNƏ QARŞI XULİQANLIQ EDƏN ŞƏXS SAXLANILDI

15-01-2020, 17:21           
HƏMKƏNDLİSİNƏ QARŞI XULİQANLIQ EDƏN ŞƏXS SAXLANILDI
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az verilən məlumata görə, Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri uğurlu təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəmnində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.