Arzu Nağıyev Tovuz-Gədəbəydə seçicilərlə görüşür – Foto

19-01-2020, 21:50           
Arzu Nağıyev Tovuz-Gədəbəydə seçicilərlə görüşür – Foto
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyevin seçicilərlə görüşləri davam edir. Reportyor.info-ya verilən xəbərə görə, Tovuzun Dondar Quşçu, Gədəbəyin Çiçəkli və Şahdağ kəndlərində seçicilərlə görüşüb.

Qarabağ müharibəsi veteranı, politoloq, uzun illər təhlükəsizlik orqanlarında şərəflə xidmət etmiş, ehtiyatda olan polkovnik A.Nağıyev hazırda Trend İnformasiya Agentliyində baş direktor müavini vəzifəsində çalışır.
Deputatlığa namizəd eyni zamanda regional geosiyasət üzrə ekspert icmalçı kimi də fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir. A.Nağıyev 1963-cü ildə həkim ailəsində anadan olub.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.