POLİS HƏRKƏSİN KÖMƏYİNƏ ÇATIR

25-01-2020, 11:50           
POLİS HƏRKƏSİN KÖMƏYİNƏ ÇATIR
Teref.az - Gözəl təbiəti olan Quba rayonu hər zaman turistləri özünə cəlb edir. Qışın gözəlliyi olan qarın yağması isə gələn qonaqların sayının artmasına səbəb olur. Quba Rayon Polis Şöbəsinin əməkdaşları isə gələn qonaqların çox olması ilə əlaqədar ərazidə operativ xidmət təşkil edir, turistlərin qarşılaşacağı hər hansı bir çətinlik və ya problemlər olduqda öz köməkliklərini göstərirlər.
Fotoda isə Azərbaycana qonaq gəlmiş əcnəbi vətəndaş Qubanın məşhur Qəçrəş meşəni ərazisində hərəkət edən zaman nəqliyyat vasitəsinin şinlərindən biri deşilmiş və qarlı havada yolda köməksiz qalmışdır. Ərazidə xidmət aparan Quba RPŞ-nin PPXB-nün əməkdaşları isə yaşlı turistə məxsus nəqliyyat vasitəsinin şinini dəyişərək ona köməklik göstəriblər.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.