Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir VİDEO

28-01-2020, 10:36           
Fəzail Ağamalının şəhid ailələri və seçicilərlə fərdi görüşləri davam edir VİDEO
60 saylı Salyan - Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə 26.01.2020-ci il tarixində Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə görüşüb.
Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və eyni zamanda fiziki məhdudiyyəti olan Məmmədov Cəlil və Qaraxanov Abbas ziyarət olunub.
Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildirdilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.