Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

29-01-2020, 11:22           
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.