Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkarlandı – FOTOLAR

30-04-2020, 14:21           
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkarlandı – FOTOLAR
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs Ağdaş rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 40 yaşlı İlqar Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədilə saxladığı qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon polis şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.