Quba sakininin evində narkotik aşkarlandı – FOTOLAR

1-05-2020, 12:26           
Quba sakininin evində narkotik aşkarlandı – FOTOLAR
Quba sakininin evindən narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 61 yaşlı Telman Zeynalov yaşadığı evin yaxınlığında saxlanılıb.

T.Zeynalov üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə – qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən T.Zeynalova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.