Cəlilabadın TKQ-nin rəisi Zaur Məmmədov həbs oluna bilər

5-01-2016, 22:31           
Cəlilabadın TKQ-nin rəisi Zaur Məmmədov həbs oluna bilər
Bu ərəfələr eşitsək ki, Cəlilabad rayon Telekomnikasiya Qovuşağının rəisi Zaur Məmmədov qəfil həbsə alınıb – təəccüblənmərik. Söz çıxsa ki, Zaur bəy MTN-nin sabiq korrupsioner zabitlərinə “iş” verirmiş, rayonun fəallarının telefonlarının dinlənilnməsinə şərait yaradırmış - inanarıq. Ondan nə desən gözləmək olar.

Müəssisəyə rəhbərlik etməyə başlayandan bu günə qədər Zaur Məmmədov bütün korrupsiya hüquqpozmalarına rəvac vermişdir. Elə bu üzdən də ölkə mediasında və eləcə də Sonolay.org saytında onun rəhbərlik etdiyi müəssisədə yaratdığı korrupsuya mühiti barədə yazılar dərc edilmişdir. Görünür saytımızda gedən yazı digərlərindən daha təsirli olduğundan Zaur Məmmədov özünü narahat hiss edib ki, bizi məhkəməyə verəcəyi ilə qorxutmağa, haqq işimizdən çəkindirməyə çalışır. Bu şəxs əlaltıları ilə redaksiyamıza ultimatum göndərərək bizi hədələyir. Elə fikirləşir ki, məhkəməyə verməklə özünə bəraət qazana biləcək, ancaq daha nəzərə almır ki, öz yaratdığı korrupsiya girdabında daha dərinə batacaq, hörümçək toruna düşən həşərat kimi çox çabaladıqca daha möhkəm dolaşacaq. Biz məhkəmə qarşısına çıxmaqdan qorxmuruq. Çünki yazdıqlarımız həqiqətdir və biz də bu həqiqəti sübut etməyə hazırıq. Yaxşı Z. Məmmədov öz fikirləşirmir ki, onun rəhbərlik etdiyi idarə barəsində korrupsiya yoxlamaları aparılsa onu hansı ağır cəza gözləyir?

Digər tərəfdən redaksiyamıza Z. Məmmədovun keçmişi ilə bağlı məlumatlar çatıb. Belə ki, həmnin məlumata görə o, Əlikiram Hümbətovun dəstəsində komandir işləyərək, Azərbaycan dövlətçiliyinə qarşı , Heydər Əliyevin yeni qurduğu hakimiyyəti dağıtmaq istəyib. Başqa sözlı, Heydər Əliyevə güllə atanlardan biri də Z. Məmmədov olub... Görünür bunları unudub, axı üzərindən xeyli vaxt keçib. Amma nəzərə almayıb ki heç kim unudulmur, heç nə yaddan çıxmır.

Bütün bunlara baxmayaraq Cəlilabadın icra başçısı Əziz Əzizov Z. Məmmədova vəzifə etibar edib. Onu Telekommunikasiya Qovşağına rəis təyin edib. Görəsən, Əzizov bilirdimi ki, bir vaxtlar onunla bağlı saytımızda dərc olunan tənqidi yazılara görə Z. Məmmədov redaksiyamıza zəng edib minnətdarlıq edir?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.