BTRİB-də yeni rəhbər təyin edildi - ƏMR

9-01-2016, 21:24           
BTRİB-də yeni rəhbər təyin edildi - ƏMR
Rabitə və yüksək Texnologiyalar Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yeni rəhbər təyin edilib. Fins.az-ın məlumatına görə, nazirliyin «Aztelekom» İstehsalat Birliyinin marketinq və satış departamentinin rəisi Razi Tağıyev BTRİB-in texniki direktoru təyin olunub və birliyin direktoru vəzifələrini müvəqqəti icra etməyə başlayıb.
İndiyədək İB-nin texniki direktoru olan və quruma rəhbərlik edən Rəsul Qurbanov vəzifəsindən azad edilib. R.Qurbanov Yasamal Telefon Qovşağına baş mühəndis təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.