ATQB Şuranın dəstəyi ilə 100 ailəyə humanitar yardım edib

20-10-2020, 15:54           
ATQB Şuranın dəstəyi ilə 100 ailəyə humanitar yardım edib
Teref.az xəbər verir ki, Azəri-Türk Qadınlar İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “COVID-19 pandemiyası ilə bağlı az təminatlı ailələrə yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində aztəminatlı 100 ailəyə humanitar yardım edilib. Humanitar yardıma 50 azn dəyərində “Araz” marketlər şəbəkəsinin ərzaq kuponu daxildir. Humanitar yardım poçt vasitəsi həmin ailələrə göndərilib. Qeyd edək ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.