Mini "Çovdarovlar" dəstəsi Bərdəni "yağmalayır" ŞOK İTTİHAM!

13-10-2016, 11:29           
Mini "Çovdarovlar" dəstəsi Bərdəni "yağmalayır" ŞOK İTTİHAM!
Vidadi İsayev İlham Әliyevin ondan gözlәntilәrini yerә vurdu, prezident dәstәyini, rayon hakimi isә talançılığını әsirgәmәdi.
Bәrdәni viran qoyan, әhalinin gününü göy әskiyә bükәn, hәtta mәmurlardan da xәrac yığan kiçik Çovdarovlar şok siyahısı bizdә... Bәrdәnin icra başçısı etimadı doğrultmadı.
Vidadi İsayev prezident İlham Әliyevin ondan gözlәntilәrini yerә vurdu. “Gündәm-xәbәr”in verdiyi mәlumata görә, rayona rәhbәr tәyin olunarkәn ona hәm yerli әhali, hәm mәcburi köçkünlәrin, şәhid ailәlәrinin qayğısına qalmaq prioritet tapşırıq kimi verilmişdi. Dövlәt rәhbәrliyi dәstәyini dә әsirgәmәdi. Büdcәdәn pullar ayrıldı ki, icra başçısı qarşıya qoyulan mәqsәdlәri çәtinlik çәkmәdәn yerinә yetirsin, әhalinin sosial hәyatında dәyişiklik etsin. Lakin V.İsayev büdcә pullarını öz yaxın çevrәsi ilә yağmaladı, camaatın dәrdinә şәrik olmadı, problemlәr günbәgün aşıb¬daşdı, qәdim Bәrdә şәhәri icra hakimiyyәtinin yarıtmaz fәaliyyәti nәticәsindә orta әsrlәr dönәminә qaytarıldı. Belәcә prezidentin gözündәn düşәn Bәrdә rәhbәrliyi etibarı itirdi. Eyni zamanda iqtisadi böhran dövründә dotasiyanın kәsilmәsi ilә nәticәlәndi.
Halbuki, qonşu Tәrtәr rayonuna başçı tәyin olunan Müstәqim Mәmmәdov Vidadi İsayevdәn fәrqlәndi. Cәbhә bölgәsinin sakinlәri ilә fasilәsiz görüşlәr keçirdi, әhalinin yanında oldu, problemlәrini dinlәdi.
Bәrdәnin hakimi isә qarşısında rayonu çapıb talamaq, darmadağın etmәk, әhalini narazı salmaq kimi hәdәflәr qoyduğu üzә çıxır. Üstәlik, hәlә dә icra başçısı vә komandası öz bildiyini etmәkdәdir, Bәrdәdә yenә pulyığma kampaniyasına başlanıb. Kimsә İsayevә “dur” demir. Sanki onun vәzifәsi pul silmәkdәn, mәmurlara vә özünә biznesi şәraiti yaratmaqdan ibarәtdir.
Prezident yanından itәn etibarı bәrpa etmәyi belә düşünmәyәn Bәrdә rәhbәrliyi sәrәncama göndәrilәn RİH başçılarının yolunu gedir. Bәrdә camaatı isә çox narazıdır. O dәrәcәdә ki saysız¬hesabsız şikayәt mәktubları ünvanlanır. Yeri gәlmişkәn, deputat Çingiz Qәnizadә bildirmişdi ki icra hakimlәrinin vәzifәsindәn kәnarlaşdırılmasında mәtbuatda gedәn yazıların tәsiri olub. Millәt vәkili Salyan vә Cәbrayılın icra başçısının dәyişmәsinә eyham vurmuşdu. Onun sözlәrinә görә, prezident hәr iki mәmurun davranışları ilә mediada tanış olub vә qәrar verilib.
V.İsayev şikayәtlәri vecinә almır, sakinlәri qәbul etmir, öz adamlarına rayonu viran qoymağa imkan yaradır. “Tәchizat BCS” MMC¬nin pul silmәsi Vidadi İsayev milyonlarla manat dövlәt pulunu şәxsi mәqsәdlәrinә sәrf edib. Mәsәlәn, onun dәftәrxana lәvazimatlarının satın alınması adı altında büdcәdәn ayrılmış 8190 manatı hara xәrclәdiyini özündәn başqa kimsә bilmir. Bәrk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibәti mәlum deyil. Hәmçinin ehtiyat hissәlәrinin satın alınması mәqsәdi ilә ayrılmış 3150 manat vә sair xәrclәr maddәsi uzrә malların (işlәrin vә xidmәtlәrin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gәlib. Maraqlıdır ki, bu pul silmә әmәliyyatlarının böyük qismi «Tәchizat BCS» MMC şirkәtinin әliylә hәyata keçirilib.
Bәrdәnin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, hәm dә yaxın qohum¬ әqrabasına geniş imkanlar yaratmaqla mәşğuldur.
İcra başçısı Heydәr Әliyev parkında oğlu üçün dәyәri 100 min manat olan «Ana vә Uşaq» kafesi inşa etdirir. Bu kafenin tikilib başa gәlmәsi üçün bütün mәmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sәrt şәkildә cәzalandıracağını deyib. Amma İsayev tәkcә oğlunu deyil, kürәkәnini dә yaddan çıxarmayıb. Belә ki, o, bir müddәt әvvәl tikilәrәk istifadәyә verilmiş Qaçqın Şәhәrciyindә kürәkәni üçün ümumi sahәsi 100 kv.metr olan dükan tikdirir. Halbuki qanunla Qaçqın Şәhәrciyindә belә obyektlәrin inşa edilmәsi nәzәrdә tutulmayıb vә qismәn qadağan hesab edilir.
Başçının heyrәtamiz kadrları
¬ Siyahı İcra başçısının vәzifәyә qoyduğu iş bilmәz kadrlar camaatın әsәbi ilә oynayır Vidadi İsayevin büdcә dağıdıcı komandası Bәrdәni dә alt¬üst edib. V.İsayevin şәbәkәsinin adları açıqlanıb.
Siyahıda Tәrtәr rayonundan gәtirdiyi İsmayılov İskәndәrin sәnәdlәrlә iş şöbәsinә müdir tәyin olunması qeyd edilib.
Tәrtәr rayonundan Zaur Bәylәrovu isә özünә kömәkçi tәyin edib. Hazırda әrazi idarәetmә orqanları ilә iş şöbәsinin müdiridir. Onun başçının biznes işlәrinә dә nәzarәt etdiyi deyilir. Zaurun qayınatasını komendanta nәzarәtçi vә rayonundan qayını Bünyatov Çingizi isә özünә sürücü, Yevlax şәhәrindәn Fәrzәliyev Әlini isә şәhәr tәsәrrüfatı üzrә nümayәndә gәtirib.
İcra Hakimiyyәtinin Hüquq şöbәsinә mәslәhәtçi vәzifәsinә Salyan rayonundan öz bacısı oğlu Sәfәrov Natiqi, Sәnәdlәrlә iş şöbәsinә mәslәhәtçi vәzifәsinә Yevlax şәhәrindәn Sәttarov Mübarizi, Sәnәdlәrlә iş şöbәsinә Şәhәr İcra Nümayәndәsinin oğlu Fәrzәliyev Fәridi gәtirib. Telekommunikasiya Qovşağına müdir vәzifәsinә Yevlax şәhәrindәn Şirinov Nazimi, Әhalinin Sosial Müdafiәsi Mәrkәzinә direktor vәzifәsinә Yevlax rayonundan Mәmtiyev Raqufu, Mәnzil İstismar Kontorunun müdiri vәzifәsinә Tәrtәr rayonundan olan Pәnahov Raufu, Bәrdә Su¬kanal idarәsinin müdiri vәzifәsinә Goranboy rayonundan olan Zamanov Vilayәti gәtirib.
Bәrdә Әrazi Yer Quruluşu idarәsinin rәisi vәzifәsinә Tәrtәr rayonundan olan Cәfәrov Tәbibi, Torpaq şöbәsinin müdiri vәzifәsinә Salyan rayonundan Şirinov Yaşarı, Bәrdә Loqistik kübrә bazasına Yevlax rayonunda işdәn qovulmuş Rüstәmov Sürәddini tәyin etdirib.
Balaca Çovdarovlar peyda olub..
Bәrdә rayonundan daxil olan mәlumatda bildirilir ki, büdcә tәşkilatlarının müdirlәri aylıq qazanclarının tәxminәn yarısını Vidadi İsayevlә bölüşürlәr. Bu siyahı mәtbuatda yayılıb. Vә maraqlıdır ki, tәnqidlәrә baxmayaraq nәticә dәyişmәyib.
Artıq 3 ildәn çoxdur Bәrdәdәki dövlәt idarәlәrinin müdirlәri icra başşçısı Vidadi İsayevә konkret olaraq siyahı ilә aylıq verirlәr.
Belә ki, 28 saylı Yol İstismar İdarәsinin müdiri İlham Әzimov ayda 3 min manat, Mәdәniyyәt vә Turizm Şöbәsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Tәhsil Şöbәsinin müdiri Rzaquli Şәrifov ayda 5 min manat, Mәrkәzi Xәstәxananın baş hәkimi İftixar Zeynalov ayda 5 min manat, Bәrdә Suvarma Sistemlәri İdarәsinin müdiri Natiq Әhmәdov, Qarabağ Meşә Meliorasiya İdarәsinin müdiri Rәşid Rzayev, Subartezan Quyularının İstismar İdarәsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarәsinin müdiri Sәrdar Әhmәdov ümumilikdә 20 min manat hesab verirlәr. Göründüyü kimi, ifşa edilmiş vә lәğv olunmuş MTN çetesinin kiçik bir odiozlaşmış variantı Bәrdәdә “meydan sulayır”. Onlara kimsә “gözün üstә qaşın var” demәyә cәsarәt etmir. Mәmurlardan 2 min xәrac toplanır Mәtbuatda gedәn son xәbәrlәrә görә, yenә dә mәmurlardan xәrac toplamağın başında Zaur Bәylәrov dayanır. Bәrdә rayon İcra Hakimiyyәtinin
Әrazi idarәetmә vә yerli özünüidarәetmә orqanları ilә iş şöbәsinin müdiri olan Z.Bәylәrov oktyabrın 4¬dә, nahardan sonra tabeliyindә olan 35 icra nümayәndәliyini tәk¬tәk yanına çağırıb. Şöbә müdiri heç bir sәbәb göstәrmәdәn deyib ki, icra başçısı Vidadi İsayevin tapşırığı var. Göstәrişә әsasәn hәr nümayәndәlik üç gün әrzindә 2000 manat vermәlidir. Bu tapşırıq icra nümayәndәlәrini şoka salıb. İcra nümayәndәlәrindәn bir neçәsi buna etiraz edәrәk, әrizәsin yazıb getmәyә hazır olduğunu bildirib. İqtisadi böhranın әn kәskin vә dәrinlәşәn dönәmindә dotasiyasız yaşayan, rüşvәti azalan mәmurlar tәlaşlanıblar. Media yazır ki, bu zaman Z.Bәylәrov onları hәdәlәyib. RİH rәsmisi icra nümayәndәlәrinә deyib ki, problem deyil, әrizәni yazın, işdәn çıxın, fәaliyyәtinizi tәtfiş edib, prokurorluğa verәcәm. Qeyd edәk ki, şöbә müdiri Zaur Bәylәrov bundan öncә icra başçısı Vidadi İsayevin kömәkçisi olub vә dәfәlәrlә onun haqqında mәtbuatda tәnqidi yazılar yayımlanıb. Zaur Bәylәrov oğlunun avtoxuliqanlğı nәticәsindә bir gәncin ölümünә sәbәb olduğuna görә işdәn qovulan Tәrtәrin rayon İcra Hakimiyyәtinin başçısının sabiq birinci müavini Vidadi Bәylәrovun qardaşıdır. Zaur Bәylәrovun doğmaca dayısı Xalid adlı şәxs bir neçә il bundan öncә Tәrtәr RPŞ tәrәfindәn keçirilәn әmәliyyat zamanı evini priton etdiyinә görә, hәbs olunub. Hansısa gizli әllәr onu hәbsdәn buraxıb.
İsayev Vidadi İsa oğlu kimdir?
Mәlumat üçün deyәk ki, İsayev Vidadi İsa oğlu 18 aprel 1959¬cu ildә Ermәnistan SSR¬nin Әzizbәyov rayonunun Artavan kәndindә anadan olub. 1980¬ci ildә Azәrbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
1980¬1985¬ci illәrdә Ağdaş rayon Qaradeyin kәnd orta mәktәbindә tarix müәllim, 1986¬2004¬cü illәrdә Mәrkәzi Dövlәt Arxivinin Yevlax filialının müdiri işlәyib. 2004¬2005¬ci illәrdә Yevlax Şәhәr İcra Hakimiyyәti başçısının tәhsil, sәhiyyә vә mәdәniyyәt üzrә müavini, 2005¬2011¬ci illәrdә Tәrtәr rayon İcra Hakimiyyәtinin başçısı vәzifәlәrindә çalışıb.
Tәrtәri viran qoyduqdan sonra Bәrdәyә keçib. Prezidentin 3 mart 2011¬ci il tarixli Sәrәncamı ilә Bәrdә Rayon İcra Hakimiyyәtinin başçısı tәyin edilib. Amma burada da ümidlәri doğrultmadığı görünür. Onu da bildirәk ki, V.İsayev Yeni Azәrbaycan Partiyasının üzvüdür. Tarix elmlәri namizәdidir. Ailәlidir, üç övladı var. Bütün bu iddialara vә ittihamlara rәğmәn heç bir qәrәzimiz olmadığı üçün yazıda adı keçәn bütün tәrәflәrin mövqeyini çap etmәyә hazırıq.
Teref info olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə və yayımlamaqa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.