Azərbaycan səhiyyəsində Oqtay Şirəliyevdən böyük adam kimdir- Lökbatanda 4 saylı poliklinikada gizli cərrahiyyə əməliyyatları FOTO

20-05-2017, 20:21           
Azərbaycan səhiyyəsində Oqtay Şirəliyevdən böyük adam kimdir- Lökbatanda 4 saylı poliklinikada gizli cərrahiyyə əməliyyatları FOTO
Bu günlərdə redaksiyamıəza müraciət edən Əsədova Nəzakət xanım Lokbatanda yerləşən 4 saylı poliklinilanın burun, boğaz və qulaq həkimi olan Elman həkimdən şikayət edir. teref.az olaraq bu şikayəti səhifəmizdə dərc etdik. Şikayətçi bəırbad qeyri professional əməliyyat aprıldığı və onun istədiyi olamdığı üçün pulunu geri tələb edirdi. Biz isə redaksiya olaraq belə həyat üçün təhlükəli əməliyyatların naşı həkimlər tərəfindən şəraitsiz yerdə əməliyyat edilməsinin qarşısının alınmasını tələb edirdik. Lökbatanda yerləşən 4 saylı polikliniklanın nəzdində fəaliyyət göstərən bu "cərrahiyə" əməliyyatlarını isə poliklinikanın LOR həkimi Elman Tarıverdiyev həyata keçirdir. teref.az olaraq 4 saylı poliklinaikanın baş həkimi Rəhimə xanımla danışdıq.
Rəhimə xanım qətiyyətlə onun poliklinikasında belə hadisələrin baş vermədiyini dedi. Görəsən necə olub ki, gözünün önündə aparılan əməliyyatlardan baş həkimin xəbəri olmayıb?
Hər halda bunu buraxaq onun öz vicdanına. Biz Elman həkimlədə danışdıq.O şikayətçini əməliyyat etdiyini boynuna aldı.Lakin poliklinikada yox, “Himay” klinikasında əməliyyat etdiyini dedi. Və az pula ancaq belə əməliyyat oluna biləcəyinidə deməyi unutmadı. Elman həkim şikayətçinin pulunu həıftəı axırına kimi çatdıracağınıda söz verdi.lakin Nəzakət xanım bizə zəng edərək heç kimin ona pulunu qaytarmadığını deyəndə biz təəcübləndik və şikayətçidən müsahibə götürmək qəırarına gəldik.
Əvvəlki yazımızı bu linkdən oxuya bilərsiniz:
http://teref.az/logoxeber/52282-lokbatanda-yerleshen-4-sayli-poliklinikada-gizli-cerrahi-emeliyyatlar-aparilier-sehiyye-nazirliyi-hekimlerin-ozbashinaliginin-qarshisini-ala-bilmir-ttham.html
-Nəızakət xanım 4 nomrəli poliklinikanın baş həkimidə, Elmar həkimdə deyirlər ki, poliklinikada cərrahi əməliyyat olunmamısınız. Özəl klinikada həkim sizi əməliyyat edib və siz az pul vermisinz ona görədə belə alınıb.
Birincisi az pul nə deməkdir. 1200 manata qədər xərcim çıxıb 3 əməliyyata. Əməliyyatın 2-ni poliklinikada edib. Buna məni həkimlə tanış edən qonşum Nüşabə xanımda, qonşum sürücü Faiqdə, bacım və başqa bir çox adamlar şahiddurlər. Özüdə məni onunla Nüşabə xanım tanış etdiyinə görə, elə onun yanında harda və necəyə əməliyyat olunacağımı danışmışıq.
Birinci əməliyyat üçün 300 man həkimin özünə verdim, necəki Nüşabə xanımın yanında danışmışdıq.Sonra orda həkimin dediyi kimi medsestralarin hərəsinə 10 manat( 2 medsestra idi), analizə 20 manat və resept yazdı ki ged dərmanları al. Poliklinikaya yaxın olan aptekdən dərmanları aldım. Elə poliklinikada məni əməliyyat elədi . Narkozsuz . sadəcə yerini keyitdi.
Məni əməliyyata aparan adamlar hamısı bunu təsdiq edərl.
İkinci əməliyyatı poliklinikada etdi. Burnumun düzəlmədiyi üçün keyləşdirici iynə vurub burnumu yenidən qırdı ki, düzəldəcəm. Mən nə bilim ki,bu qəssabdır. Ağrıdan bayıldım. Məni maşınla gətirən qonşum geri apardı.
Bu dəfə düzəlməyəndə mən Elman həkimlə mübahisə etdim. SAəsimiz bütün poliklinikanı götürmüşdü. baş həkim isə deyir ola bilməz.Elman həkim dedi mən səni aparacam klinikaya orda səni əməliyyat edəcəklər. Narkozla. Narkozun pulunu verməlisən. Mən çarəsizlikdən razılaşdım. “Himay” klinikasına onda apardı, 300 manat aldı . Bu artıq üçüncü əməliyyat idi.O söz verdi ki, əmliyyatı başqa həkimə etdirəcək.Lakin narkozdan ayılanda gördüm ki, özü edib. Lakin yenədə nəticə göz qabağındadır.Əməliyyatın fəsadları hələdə yerindədir. Burnumun əyriliyi göz qabağında, bir burnumla nəfəs ala bilmirəm. Ara yerdə pulumuda alıb yedilər.
İndidə qaytarmır pulumu
Hələ qonşum Dərziyev Zaur necə dəfə o həkimlə gedib danışıb. Məni o poliklinikaya aparıb. O biri qonşum Həsənov Cəlal məni əməliyyat etdirmək üçün poliklinikaya aparıb və sonra ordan maşınla evə gətirib.onlar desinlər.

-Bəs mən Elmar həkimlə danışanda o kecən həftə sizin pulunuzu qaytaracağına söz vermişdi. Qaytarmayıb?
-Qaytarmayıb, elə həmişə deyir, ki sabah qaytaracam!! Özüdə niyə yalandan deyirlər ki, burda əməliyyat etmirlər.Özüdə əməliyyat edir, hətta ayrı bir həkimidə gətirir əməliyyat etmək üçün. Gündə necə nəfərin, boğazını, burnunu kəsir.Hamı bilir, ola bilməz ki, baş həkimdə bilıməsin. Gündə o qədər pul alır. Özüdə, medsestraları,analiz edənlər və başqa həkimlərdə. Mən Səhiyyə Nazirliyinə, əlaqədar orqanlara müraciət edirəm ki, fırıldaqçı həkimdən mənim pulumu alıb qaytarsınlar və daha heç kim onun bıçağının altına keçməsin.
Elmar həkimə deyəndə ki, şikayət edəcəm, deyir ki, get kimə istəyirsən şikayət elə, mənim arxamda adamlarım var. Mənə heç kim heç nə edə bilməz.
teref.az olaraq bizdə istəyərdik ki, Elman Tarıverdiyevin arxasında olan adamın kimliyini bilək.Görək, Azərbaycan Sə\hgiyyəsində oqtay Şirəliyevdən böyük olan kimdir ki, Elman həkimə gözün üstə qaşın var dedirtmir!!
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.