Saatlıda şok korrupsiya

13-04-2015, 17:45           
Saatlıda şok korrupsiya
Saatlıdan Tia.az-a sensasion korrupsiya məktubu daxil olub.

Məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Tahir Rzayev həm Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, həm də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla əlbir olub.
Belə ki, Tahir Rzayev dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayırdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.
Məlumata görə, dövlətin rayonun Suvarma Sistemləri İdarəsinə ayırdığı pulları bir neçə təsərrüfat hesablı kiçik müəssisənin hesabına köçürür. Əslində həmin kiçik müəssisələrin bank hesablarından və möhür ştamplarından savayı heç bir şeyi yoxdur.
Amma sənədləşdirmə zamanı göstərilir ki, məhz bu kiçik müəssisələr rayonun suvarma sistemlərini yeniləyir, təmir və bərpa edirlər. Ortada isə heç bir yenilənmədən və təmir, bərpa işlərindən söhbət gedə bilməz.
Məlumatda bildirilir ki, Tahir Rzayev sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000 - 60 000 manat göstərilir. Bu pulla isə normalda bir neçə yeni su nasosu almaq mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.