ŞAMAXININ İCRA BAŞÇISININ OLİMPİYADA MAXİNASİYASI – SAHİBKARLAR ARTIQ BEZİB

16-04-2015, 16:21           
ŞAMAXININ İCRA BAŞÇISININ OLİMPİYADA MAXİNASİYASI – SAHİBKARLAR ARTIQ BEZİB
Şamaxıda yeni turizm mövsümü başlayıb. Lakin bu yeni mövsümlə əlaqədar olaraq rayondakı sahibkarlar demək olar ki, hər gün mətbuata müraciət edirlər. Məlumatlara əsasən rayonun icra başçısı Asif Ağayev iki gün öncə rayonda turizm obyekti olan sahibkarlarla qapalı toplantı keçirib.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən icra başçısı sahibkarlara bir ay sonra Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı hazır olmalarını tapşırıb(?). Sahibkarlar deyir ki, icra başçısı bu «hazırlıqlar» üçün hər sahibkarın ümumi «büdcəyə» pul verməli olduqlarını da dilə gətirib. Bildirilir ki, Asif Ağayevin bu göstərişinin icrası onun müavinlərindən birinə tapşırılıb. Mənbə iddia edir ki, icra başçısı sahibkarlarla görüşündə hər kəs üçün Olimpiya «xərcləri»nin həcminin fərdi olaraq təyin ediləcəyini deyib. Məlumatlara əsasən Şamaxı-Piriqulu avtomobil yolunun da təmiri məsələsi sahibkarların boynuna qoyulub.

Qeyd edək ki, son zamanlar Hamaxıdan olan sahibkarlar yeni turizm mövsümünün başlanması ilə əlaqədar icra başçısının adından onlardan haqq istənilməsinə dair şikayətlər edirlər. Qarşı tərəfin isə bununla bağlı olaraq mövqeyini öyrənmək hələ ki, mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.