Elmira Şükürova yeni təyinat aldı: 100 MİN DOLLARLIQ İDDİA

18-04-2015, 21:17           
Elmira Şükürova yeni təyinat aldı: 100 MİN DOLLARLIQ İDDİA
Ağdamın sabiq təhsil şöbəsinin müdiri artıq Kəlbəcərdə eyni vəzifədə işə başlayıb

Ötən günlərdə xəbər vermişdik ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən Ağdamın təhsil şöbəsinin müdiri Elmira Şükürova vəzifəsindən azad edilib. JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi vəzifəsinə təyinat almış deputat Cavid Qurbanovun yaxın adamı kimi tanınan Şükürova işsiz qalmayıb.

Bu gün aldığımız məlumata görə, sözügedən şəxs artıq yeni təyinat alıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, Elmira Şükürova dünəndən etibarən Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, adıçəkilən şəxsin bu təyinatında Cavid Qurbanovun böyük rolu olduğu deyilir. Amma Elmira Şükürovanın yaxınlarına dediyinə görə, Kəlbəcər təhsilinə rəhbər gəlmək üçün heç də az pul xərcləməyib. Belə ki, o, Təhsil Nazirliyindəki adamına 100 min dollar pul verdiyini iddia edir.

Həm nazirliyin, həm də şöbə müdirinin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.