İsmayıllının inkşafını kimlərin gözü götürmür və ya qatığa qara deməklə o qara olmur..

15-10-2018, 18:42           
İsmayıllının inkşafını kimlərin gözü götürmür və ya qatığa qara deməklə o qara olmur..
Teref.az - Bu gün artıq söz tapmayanlar, əl atırlar keçmişdə kimlərinsə uydurduqları yazılara təzə can verməyə. Amma və lakin qatığa nə qədər qara desəndə sənin deməyinlə qatıq qara olmur. İsmayıllı rayonunda gedən quruculuq işləri hamının və əsas isə İsmayıllı camaatının gözü qarşısındadır.Ona görə nə qədər barmaqdan sorulmuş faktılar axtarıb tapsanda xeyri yoxdur.İsmayıllı camaatı rayonda gedən inlkşafda öz gələcəyini görür.
Cənab Prezident bu il avqust ayında İsmayıllı rayonunda olan zaman İsmayıllıda bütün yeniliklərlə tanış olub. İsmayıllı içtimaiyyətinin nümayəndələri ilə, işçi kollektivlərlə görüşüb və söhbətləşib. Onların fikirlərini, arzularını öyrənib. Və bunların nəticəsi olaraq xalçaçılarla söhbətinin yekununda bu sözləri deyib:
- Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm.
Özünü maliyyələşdirən bu rayon bəzi naxələflərin fikrincə "yağlı tikə" olsada o naxələflərə qismət olmayıb.Belə olan halda o naxələflər öz "qarayaxma" işlərini əski şər böhtan yazıları yenidən gündəmə gətirməkdə görürlər.Lakin artıq dediyim kimi gecdir.
Respublika rəhbərliyinin, cənab Prezidentin və İsmayıllı camatının heç də uzaq olmayan keçmiş yadlarındadır və onlar müqayisə edə bilirlər. Dövlət büdcəsində bir ağır yük kimi oturmuş, keçmiş küçələrindən səfillik yağan İsmayıllı hara, bu gün modernləşmək, istehsal və türizm mərkəzinə çevrilmək uğrunda mübarizə aparan, büdcədən 1 qəpik belə almayan, hətta budcəyə gəlir verən İsmayıllı hara.
Ona görə mən heç də çox yazmaq fikrində deyiləm. Çünki İsmayıllının bu günün qiymətini avqust ayında rayonda səfərdə olan cənab Prezident özü razılığını bildirərək izhar etmişdi.
Qaldı əslində biz İsmayıllı rayonu unkşaf etdikcə bu inkşafı hər dəfə öz səhifələrimizdə oxucularımıza təqdim etmişik. Biz arzulayardıq ki, Azərbaycanıən bütün rayonlar İsmayıllı rayonun tempində inkşaf etsin ki, camaat bunun xeyir bərəkətini görsün.
Əslində bu inkşaf elə bütün o "qara" qüvvələrə cavabdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.