Məhərrəm Quliyev: Ağstafada vətənpərvər nəsil yetişib

18-10-2018, 19:54           
Məhərrəm Quliyev: Ağstafada vətənpərvər nəsil yetişib
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti dəfə Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb.

Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyevin adını daşıdığı istirahət parkında səmimi söhbət əsasında keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz açılıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, Ağstafada Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbəri kimi fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, şəhidlərin ailə üzvlərinə daim qayğı ilə yanaşım.

İcra başçısı bildirib ki, istər şəhid ailələrinə, istər Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bu, bundan sonra da belə davam edəcəkdir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.