ASCO Dövlət Bayrağı Günü ilə bağlı dənizdə fləşmob təşkil edib – VİDEO

8-11-2018, 15:53           
ASCO Dövlət Bayrağı Günü ilə bağlı dənizdə fləşmob təşkil edib – VİDEO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fləşmobu keçirilib.

Fləşmobda ASCO-nun “Xəzər” yelkənli idman klubuna məxsus qayıqlar iştirak edib. Üçrəngli bayrağımıza bürünən qayıqlar iki saat ərzində açdıqları yelkənlərlə Xəzərə də özgə bir yaraşıq veriblər.

Yelkənçilərin yaratdığı mənzərəni paytaxt sakinləri böyük maraqla izləyiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanmasıdır.

Fləşmobun videoçarxını təqdim edirik.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.