Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Milli QHT Forumu ilə birgə Qarabağda tədbir keçirib

14-11-2018, 19:22           
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu  Milli QHT Forumu ilə birgə Qarabağda  tədbir keçirib
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) birgə əməkdaşlığı çərçivəsində 13 noyabr 2018-ci il tarixdə Qarabağda N saylı hərbi hissədə növbəti tədbiri keçirilib.
Qarabağ N saylı hərbi hissə komandanlığı tədbir haqqında iştirakçılara qısa məlumat verərək, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Milli Qeyri-Hökumət Təşkilatları Forumuna (MQF) Qarabağ N saylı hərbi hissəsində tədbirin keçirilməsi ilə əlaqədar minnətdarlığını bildirib.
Respublika Hərbi Prokurorluğunun şöbə rəisi cənab Nazim Novruzov tədbiri açaraq, tədbir haqqında şəxsi heyətə qısa məlumat verib, azərbaycançılıq, milli dövlətçilik, milli ordunun yaranması və Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq məfkurəsinin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında məruzə ilə çıxış edib.
Daha sonra MQF prezidentinin müşaviri, Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı çıxış edərək, milli ordunun yaranması, ordumuzun döyüş qüdrəti, əsgərlərin yüksək səviyyədə təminatı, aprel döyüşlərində milli ordumuzun zəfər tarixi, ölkə prezidenti, silahlı qüvvələrin ali baş komandanı cənab İlham Əliyev tərəfindən ordumuzun inkişafına yaradılan şərait, yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad olunacağı, Qafqaz İslam Ordusunun 100 illiyi ilə əlaqədar Türkiyə və Azərbaycan birgə hərbi paradı, Türkiyə və Azərbaycan arasında imzalanan hərbi əməkdaşlıq sazişinin Qarabağ məsələsində müstəsna əhəmiyyəti və digər məsələlərlə bağlı öz fikirlərini bildirib.
Daha sonra MQF-nin prezidenti Rauf Zeyni tədbirin keçirilməsinə dəstək verdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Hərbi Prokuroru, Ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevə birgə silsilə tədbirlərin keçirilməsinə dəstək verdiyinə görə minnətdarlığını bildirib. Ölkə prezidenti cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi, 100 il bundan öncə şərqdə ilk demokratik respublika qurulması, müasir, müstəqil Azərbaycanın İstiqlal Bəyannaməsi, dövlət müstəqilliyimizin bərpa olunması, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu, 12 noyabr 1995-ci ildə konstitusiyanın ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə, ümumxalq səsverməsi ilə konstitusiyanın qəbul edilməsi, milli ordunun NATO standartlarına uyğun inkişaf etməsi, maddi-texniki bazanın güclənməsi, döyüş qabiliyyətinin artırılması, aprel döyüşlərində əldə olunan tarixi zəfər, ölkə prezidenti cənab İlham Əliyevin - “Vaxt gələcək biz İrəvana, Göyçəyə, Zəngəzura qayıdacayıq” çağırışı, MQF və vətəndaş cəmiyyətinin fəaliyyəti və nəhayət müharibənin təkcə döyüş səngərində yox, həmdə iqtisadi və informasiya səngərində aparıldığı, ölkə rəhbəri tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin nəticəsində ölkəmizin qüdrətli dövlətə çevrilməsi, dövlət və bayraq sevgisi və digər məsələlər haqqında öz fikirlərini bildirib.
Sonda Şəmistan Əlizamanlı vətənpərvərlik mahnılarını ifa edərək tədbiri yekunlaşdırıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.