XIZIDA OĞURLUQ ETMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN İKİ ŞƏXS SAXLANILDI

16-11-2018, 16:31           
XIZIDA OĞURLUQ ETMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN İKİ  ŞƏXS SAXLANILDI
Teref.az-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb. Araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iri buynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. Oğurlanmış 29 baş iri buynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.