"Buta" özəl baxçasında: "Uşaqları qayğı və mərhəmətlə, dadlı yeməklərlə, gigiyenik təmizlik və tibbi nəzarətlə, və ən əsası pəşəkar mütəxəssis, kollektiv əhatə edir."

7-12-2018, 15:21           
"Buta" özəl baxçasında: "Uşaqları qayğı və mərhəmətlə, dadlı yeməklərlə, gigiyenik təmizlik və tibbi nəzarətlə, və ən əsası pəşəkar mütəxəssis, kollektiv əhatə edir."
Niyə özəl bağça?
Tarixlər boyu hər bir dövlət və hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir.
Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşması danılmaz faktdır.
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.” Bu sözləri Ulu öndərimiz Heydər Əliyev demişdir.
Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılmasını hər zaman onə çəkmişdir.
Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasıda dövlətin qayğısı ilə yanaşı valideyinlərin də diqqəti önəmlidir.
Məndə Azərbaycan vətandaşı olaraq dövlətimizin usaqlara göstərdiyi qayğıdan yararlanmaq istədim. Övladımın iki yaşı tamam olmuşdu və onu dövlət tərəfindən himayə olunan bağçalardan birinə yerləşdirmək istədim. 15-ə yaxın bağçadan “bizdə yer yoxdur” cavabını alandan sonra yaxın bir adam mənə bildirdi ki, “bu bağçaların mudirləri rüşvət alıb uşağları yerləşdirirlər. Get özəl bağçaya müraciət elə” məndə öz növbəmdə yenə dövlət başçımızın uşaqlara göstərdiyi qayğını rəhbər tutaraq “yox olmaz” dedim. Bir ay bağça axtarışında olandan sonra işlə əlaqədar məcburiyyət qarşısında qalıb, rüşvət vermək qərarına gəldim. Amma hər zaman bir sual məni düşündürürdü. Niyə özəl bağçalara üstünlük verilir? Axı dövlətimiz bağçalar üçün hər şəraiti yaradıb...
İki il oğlum dövlət tərəfindən maliyyələşən bağçaya getdi və bu müddət ərzində yavaş-yavaş sulımın cavabları özünü göstərirdi.
Sonra jurnalist olarq araşdırma aparmağa başladım.
Özəl bağçanın özəliklərindən... Və bir çox bağçalarda oldum düzü ürək açan bağçalar çox oldu. Amma mənim ən çox diqqətimi çəkən, adı kimi qədim adət-ənənələrimizə sadiq qalan, milli mental qaydalarla, vətənpərvər ruhda körpələri tərbiyyə edən Buta körpələr evi usaq bağcası oldu. Bir az internetb üzərindən araşdırma apardıdım. Valideyinlərin Buta haqqında şərhləri məni bağça ilə yaxından tanış olmağa sövq etdi. Ənənəmə sadiq qalaraq, bağçanın girişində bir neçə valideyinə eyni sualı verdim.
Niyə özəl bağça? Və niyə məhz Butanı seçmisiniz?
Quliyev Orxan:- “Buta” bağçasını ona görə seçirik ki, uşaqlar burada qayğı və mərhəmətlə, dadlı yeməklərlə, gigiyenik təmizlik və tibbi nəzarətlə, və ən əsası pəşəkar mütəxəssis, kollektiv əhatə edir. Bağçanın məqsəd və prinsipi uşaqların yüksək təhsil almağı, sosial mühitdə formalaşmağı, bilik və bacarıqlarının artırılması, fiziki və zehni olaraq inkişaf etdirilməsidir. Bağçada həmçinin maraqlı proqramlardan və xidmətlərdən istifadə edilir.
Məmmədova Şirinnaz:- Mənə bir neçə dəfə ətrafdan da bu sualı veriblər. “Buta”-nı tanımazdan əvvəl bir neçə bağçayla tanış olmuşam, övladımı göndərmişəm, ama ürəyimcə olmayıb. Bağçada mən övladımın qidasından, təlim tərbiyəsindən, təhsilindən tam razıyam
“Buta” 1 nömrədir.
Hüseynov Rahim:- Bir çox dövlət və özəl bağçalara getdik, baxdıq, səhifələrinə göz gəzdirdik və buranı seçdik. Zaman keçdikcə seçimimizdə yanılmadığımızın şahidi oluruq. Övladlarıma “Buta” bağça tərəfindən milli, mənəvi, dövlətçilik, Azərbaycanlı olmaq kimi gözəlliklərin aşılanması məni hədsiz dərəcədə sevindirir.
Əliyeva Ruqiyyə:- Buta-ya dək 2 bağça dəyişdik. Son və qəti seçimimiz bura oldu. . Övladımı tam rahatlıqla etibar edirəm. Çünki əmin əllərdə olduğunu bilirəm!
Xəlilova Lalə:- Buta bizim üçün ikinci ev kimi oldu. Cünki günün çox vaxtını mənim övladım bağçada keçirir. Mən özüm iş adamıyam və ayrı-ayrı aktivitilərə uşağımı aparmağa vaxtım olmur. Butaya getməklə mənim övladım bir neçə aktivitilərdə iştirak edir (rəqs, qimnastika). Həmdə övladımda biraz dil qüsuru var idi. O “R” hərfini deyə bilmirdi, amma Camalə artıq o problemdən azad oldu.
Əskərova Lalə:- övladım öz yaşıdlarından fərqli olaraq daha ərköyün inadkar biridir və təbii ki, bağçaya uyğunlaşmada bu cəhət özünü ən kəskin formada göstərirdi. Lakin tərbiyəçilərin və hətta deyərdim bütün əməkdaşların birgə səməyi nəticəsində oğlum tam dəyişdi. Artıq bağçaya həvəslə gedir, uşaqlarla həvəslə oynayır, bəzi günlər mən onu evdə saxlamağa çalışsam da o özü bağçaya istəyir.
Nadirova Mətanət:- Buta bağçanın xüsusi gigiyena qaydaları və təmizliyi, müəllimələrin mənimlə və uşağımla mehriban davranışları məni və uşağımı çox sevindirir.
Bu sözləri eşidib övladımın bu cür kollektivdə, Buta şərtləri altinda böyüməsinə anidən qərar verdim. Valideyinlərin bu qədər razılıq etməsini nəzərə alıb, ölkəmizin gələcəyi olan usaqlara vedikləri bu özgüvən üçün təşəkkür etmək, həm də övladımı yerləsdirmək üçün Buta körpələr evi usaq bağçasının rehbəri Günay Ağamalı ilə görüşdüm. Günay xanımı görəndə artıq sualım dəyişdi. Bu qədər özəlliyin bir sirri varmı deyə soruşdum.


“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyə dahi şəxsiyyət Heydər Əliyevin bu kəlamını özünə amal seçmış G.Ağamalı ilə söhbət edəndən sonra bu insanların və həmçinin özümündə seçimimdə yanılmadığımın fərqinə vardım. Inanın səmimiyyətimə Artiq üç aydır Turanım Butaçıdır ingilis və rus dillərində tam olmasada danışa və saya bilir. Himnimizi, dahi şəxsiyyətlərimizin adlarını əzbərə söyləyir.
Əziz oxucular indi siz deyin niyə özəl bağça?
Hər birinizə sağlam, xoşbəxt, dövlətimizə layiqli övladlar yetişdirmək diləyi ilə...
Tünzalə Turan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.