AİLƏSİ ONU AXTARIR

10-12-2018, 19:18           
AİLƏSİ ONU AXTARIR
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmamışdır.
Əziz Qasımovun əlamətləri belədir: Boyu 180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə və 050-364-49-50; 050-863-11-50 (Atası) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.