Pentaqon: “Koalisiya təyyarəsi Rusiya təyyarəsi ilə toqquşmadan yayınıb”

8-10-2015, 00:49           
Pentaqon: “Koalisiya təyyarəsi Rusiya təyyarəsi ilə toqquşmadan yayınıb”
İŞİD-ə qarşı hava zərbələri həyata keçirən beynəlxalq koalisiya qüvvələrinin təyyarəsi yaxınlaşan Rusiya hərbi gəmisi ilə toqquşmamaq üçün marşrutunu dəyişməli olub. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) mətbuat katibi Cefff Devis bəyan edib.

Onun sözlərinə görə, Rusiya Suriyada aviazərbələr endirməyə başlayandan sonra insidentlərdən qaçmaq üçün hava əməliyyatlarını korrektirovka eləmək zərurəti yaranıb.

Bundan qabaq Fox New telekanalı mənbələrə istinadən bildirmişdi ki, Rusiya qırıcıları Suriya səmasında Amerika təyyarələrinə yaxınlaşıb. İndiyədək 3 belə fakt qeydə alınıb.
musavat com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.