Netanyahu dünya ictimaiyyətini dinləməyəcək

21-10-2018, 16:51           
Netanyahu dünya ictimaiyyətini dinləməyəcək
İsrailin baş naziri Binyamin Netanyahu dünya ictimaiyyətinin müdafiəsinə qalxdığı kəndi dərhal dağıtmaq fikrindən bir müddət vaz keçsə də, tezliklə bunun reallaşacağını söyləyib.

Oxu.Az-ın verdiyi xəbərə görə, baş nazir bu kiçik fasilənin Xan əl-Ahmar kəndinin sakinləri ilə onların köçürülməsinə dair sonuncu danışıq aparılması üçün istifadə olunacağını bildirib.

“Xan əl-Ahmar təxliyyə ediləcək. Məhkəmənin qərarı var, bizim siyasət də belədir... Kəndin dağıdılmasını uzun müddət təxirə salmaq fikrində deyiləm. Vaxt çox azdır”, - Netanyahu deyib.

Qeyd edək ki, Qüds yaxınlığında yerləşən və 200 fələstinlinin yaşadığı kəndi İsrail qeyri-qanuni tikili kimi səciyyələndirib və onu yerlə yeksan etmək barədə qərar verib. Dünya ictimaiyyətinin etirazlarına rəğmən, yerli sakinlərin məcburi köçürüləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.