Səfirliyə hücum: Giriş qapısı darmadağın edildi

21-10-2018, 16:57           
Səfirliyə hücum: Giriş qapısı darmadağın edildi
Naməlum qrup Kanadanın Yunanıstandakı səfirliyinə hücum edib.

Teleqraf.com xəbər verir ki, üzü maskalı təxminən 10 nəfər şəxs Afinada yerləşən səfirlik binasına soxulmağa cəhd edib. Onlar özləri ilə gətirdikləri çəkiclə şüşədən olan giriş qapısını sındırıb, binaya maye butulkalar atıb, daha sonra qaçaraq ərazini tərk ediblər.

Polis olayla bağlı təhqiqat aparır. Hüquq-mühafizə orqanlarına heç kimi saxlamaq müyəssər olmayıb.

Hələlik hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Əvvəllər isə səfirliklərə qarşı analoji aktları “Rubikon” anarxist təşkilatının üzvləri törədiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.