Rusiya Hindistana S-400-ləri verəcəyi tarixi açıqladı

8-11-2018, 18:14           
Rusiya Hindistana S-400-ləri verəcəyi tarixi açıqladı
Rusiya S-400 Zenit Rakt Komplekslərinin Hindistana veriləcəyi tarixi açıqlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə TASS-a hərbi diplomatik mənbə bildirib. Məlumatda deyilir ki, ZRK-nın 5 polku Nyu –Dehliyə 2,5 il ərzində çatdırılacaq.

«Müqavilənin şərtlərinə əsasən Rusiya 2020-ci ilin payızında Hindistana birinci polk komplektinin daşınmasını həyata keçirməlidir, 2021-ci ildə ikinci, sonra isə artıcıllıqla üçüncü, dördüncü və beşinci komplektlər göndəriləcək, 2023-cü ilin yazına bu proseslər bitəcək», - deyə agentliyin müsahibi bildirib.

Qeyd edək ki, kompekslər barədə müqavilə oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putinin Nyu –Dehliyə səfəri zamanı bağlanmışdı. Bundan sonra ABŞ prezidenti Donald Tramp S-400-ləri aldığı üçün Hindistana cavab verəcəyini bildirmişdi.

Ən yeni Zenit Raket Sisteminin 5 polku Hindistana 5,43 mlrd. dollara başa gəlib. Hindistan Çin və Türkiyədən sonra «Triumf»a sahib olacaq üçüncü ölkədir.

Uzaq mənzilli müasir «Triumf» S-400 ZRK aviasiya, qanadlı və ballistik raketləri, o cümlədən orta mənzilliləri məhv etmək üçün təyin olunub, həmçinin yeraltı obyektlər üçün nəzərdə tutulub. Fəaliyyət mənzili 400 km olan ZRK 30 km hündürlükdə hədəfi məhv edə bilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.