Tramp vitse-prezidenti də dəyişir? –İvankanın rəfiqəsi Nikki Haley onun postunu tuta bilər

18-11-2018, 08:43           
Tramp vitse-prezidenti də dəyişir? –İvankanın rəfiqəsi Nikki Haley onun postunu tuta bilər
ABŞ-ın BMT-ki nümayəndəsi Nikki Haley vitse-prezidentliyə namizəd ola bilər.

Bu barədə “New York Times” ABŞ prezidentinin ətrafına istinadla məlumat yayıb. Mənbələrin məlumatına görə prezident Donald Tramp hazırkı vitse-prezident Mayk Pensin loyallığına şübhə edir və onu dəyişmək fikrindədir.

Qəzet yazır ki, Haley Trampın qızı İvanaya yaxın adamdır. Jurnalıistlər hesab edirlər ki, Haley qadın seçicilərin səsini qazanmaqda Trampa kömək edə bilər. Amma Ağ evin nümayəndəsi “New York Times”-la söhbətində qeyd edib ki, Tramp Pensi tam dəstəkləyir. Haley oktyabrın əvvəllərində BMT-nin daimi nümayəndəsi vəzifəsindən istefaya gedib. Amma ilin sonunadək öz səlahiyyətlərini davam etdirəcək. Tramp həmin vaxt demişdir ki, Haley gələcəkdə onun administrasiyasına dönəcək.

(Azadlıq radiosu)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.