Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik

18-11-2018, 09:10           
Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik
Qətlə yetirilən jurnalist Camal Qaşıqçı Türkiyəyə gəlməmişdən bir ay əvvəl ABŞ-da misirli bir qadınla evlənib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, təhlükəsizlik məqsədilə yalnız soyadını (Atr) açıqlayan qadın Qaşıqçı ilə evliliyini təsdiq edən sənədləri Türkiyə və Səudiyyə Ərəbistan konsulluqlarına təqdim edib.

H.Art Qaşıqçı ilə evliliyini açıqlamasının səbəbini belə izah edib: ”Müsəlman həyat yoldaşı olaraq bütün hüquqlarımı qorumaq və tanınmaq istəyirəm”.

Körfəz ölkələrində yaşadığını, ABŞ-a iş üçün getdiyi zaman Qaşıqçı ilə görüşdüyünü deyən 50 yaşlı Atr 10 il əvvəl tanış olduqlarını açıqlayıb.

Qəzet həmçinin qadının Qaşıqçı ilə toyunda çəkilən fotoların redaksiyaya göndərildiyini bildirib. İddiaya görə, sözügedən evliliyi Qaşıqçının keçmiş dostlarından biri təsdiqləyib, lakin o da təhlükəsizlik məqsədilə adının açıqlanmasını istəməyib.

Qaşıqçının nişanlısı Xədicə Çingiz isə misirli qadından xəbərsiz olduğunu deyib: “Camal mənə bu qadın barədə heç nə deməyib. Camalın insanların gözündəki imicini niyə dəyişdirmək istəyir? Bu xəbərlərin onun etibarını zədələməyə yönəlmiş cəhd olmasından şübhələnirəm”.

Bəzi sosial media istifadəçiləri isə Qaşıqçı ilə evlənən qadının tam adının Hanan Atr olduğunu yazıblar.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.