Salvadordan ABŞ-a daha bir miqrant karvanı yola düşüb

19-11-2018, 08:24           
Salvadordan ABŞ-a daha bir miqrant karvanı yola düşüb
Salvadordan Birləşmiş Ştatlara daha bir miqrant karvanı bazar günü yola düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Salvadordan ABŞ istiqamətində yol alan artıq dördüncü miqrant karvanıdır.

Onun tərkibinə təqribən 50 nəfər daxildir, oktyabrın sonlarından ABŞ-a üz tutmuş salvadorluların ümumi sayı isə 3 min nəfəri ötür.

Onlar əvvəlcə Qvatemalaya, oradan isə Meksikaya getməli, daha sonra onun ərazisi ilə Amerikaya doğru hərəkət etməlidirlər.

Birləşmiş Ştatlara hazırda Meksika ərazisi ilə Hondurasdan bir neçə miqrant karvanı gedir, bununla belə təqribən 2 min nəfər Tixuana şəhəri ərazisində ABŞ sərhədinə çatıblar.

ABŞ hakimiyyəti qeyri-qanuni miqrantları qəbul etməyəcəklərini və sərhəddə təhlükəsizliyi gücləndirdiklərini bəyan ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.