Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb - VİDEO/FOTO

6-12-2018, 07:26           
Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb - VİDEO/FOTO
Amerikanın Florida ştatında yerləşən kosmodromdan "Dragon" kosmik yük gəmisini daşıyan "Falcon 9" raket daşıyıcısı fəzaya buraxılıb.

“Report” xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Dragon" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) 2,6 ton yük çatdırmalıdır.

"SpaceX" şirkətinin məlumatına görə, "Falcon 9" raket daşıyıcısı "Dragon" yük gəmisini BKS-ə buraxdıqdan sonra Florida kosmadromuna geri qayıdan zaman Atlantik okeanına düşüb.

Şirkət rəhbəri İlon Mask "Twitter"də yazıb ki, raket daşıyıcısının uğursuz enişi hidravlik nasosdakı problemlə bağlı olub.

"Falcon 9" raket daşıyıcısı bundan əvvək noyabrın 15-da fəzaya buraxılıb.
Video baxmaq üçün buranı vur:









шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.