Dünya üçün real təhlükə olan asteroidin videosu yayımlandı

6-12-2018, 07:29           
Dünya üçün real təhlükə olan asteroidin videosu yayımlandı
"Bennu"nun dünyaya yaxınlaşacağı zaman da açıqlandı

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) dünya üçün təhlükə hesab edilən asteroidin videosunu yayımlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Bennu" adlanan asteroidin videosu artıq "OSIRIS-Rex" kosmik stansiyası tərəfindən qeydə alınıb.


NASA-dan bu stansiyanın fəaliyyəti ilə bağlı bildirilib ki, son 2 ildə 2 milyard mildən artıq məsafə qət edən "OSIRIS-Rex" 1 il ərzində "Bennu"nun fəaliyyətini izləyə biləcək. NASA-nın məlumatında hətta həmin asteroiddən torpaq nümunələrinin alınacağı da vurğulanır.

Qeyd edək ki, 500 metr ölçüdə olan bu asteroid Massaçusets Texnologiyalar İnstitutu tərəfindən kəşf edilib. Proqnozlara görə, "Bennu" 2182-ci ildə dünyaya yaxınlaşacaq.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.