David Şahnazaryanın oğlu ABŞ-dan sığınacaq istədi

7-12-2018, 13:08           
David Şahnazaryanın oğlu ABŞ-dan sığınacaq istədi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryanın oğlu Qurgen Şahnazaryan ABŞ-dan sığınacaq istəyib.

Məlumatı Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yayıb.

“Nikol Paşinyan hökuməti Ermənistan Respublikaçılar Partiyasının proporsional siyahısında üçüncü yerdə olan David Şahnazaryan və oğluna qarşı dosye hazırlayır”, –deyə qəzet vurğulayıb.

Bildirilib ki, Qurgen Şahnazaryan atası siyasi təqibə məruz qaldığı üçün ABŞ-dan bir neçə il əvvəl sığınacaq istəyib.

Məlumata görə, Serj Sarqsyan hakimiyyəti də D.Şahnazaryanı və ailəsini sıxışdırırmış. Yeni hökumət artıq ABŞ-ın Sietl şəhərinin Miqrasiya xidmətinə Qurgenin deportasiyası ilə bağlı məktub göndərməyi planlaşdırıb. Oğul Şahnazaryan bir neçə ildir bu şəhərdə yaşayır.

David Şahnazaryan məsələ ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Qeyd edək ki, dekabrın 5-də onu Milli Təhlükəsizlik Xidmətinə çağırmışdılar.(report.az)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.