Əsəd ordusu Xümsə doğru irəliləyir

15-10-2015, 15:36           
Əsəd ordusu Xümsə doğru irəliləyir
Suriya ordusu ölkənin şimalında Nüsrə Cəbhəsi terrorçularının nəzarət etdiyi Xüms vilayətində genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, əməliyyatlara Rusiya döyüş təyyarələri havadan dəstək verir.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, hökumət qüvvələri artıq iki kəndi terrorçulardan azad edib.

Xümsdə başlanan əməliyyat Suriya ordusunun oktyabrdan bəri atdığı 3-cü mühüm addımdır. Ordu öncə Həmada əməliyyata başlamış, 10-a yaxın kəndi azad etmişdi. Daha sonra Əsəd qüvvələri İdlibə doğru irəliləmişdi.

Ordunun ikinci böyük əməliyyatı Dəməşqin şərqində yerləşən Cobar bölgəsində olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.