Rusiya kriminalitetinin Azərbaycan göyərtisi uğrunda savaşı

15-10-2015, 15:38           
Rusiya kriminalitetinin Azərbaycan göyərtisi uğrunda savaşı
Rusiya paytaxtı Moskvada hüquq-mühafizə orqanları əməkdaşları “Bolshoy Filevsk” restoranında “sıxodka”ya toplaşan 9 kriminal avtoriteti həbs edib.

AzVision.az “Lifenews”-a istinadən xəbər verir ki, “vor zakon”lar Azərbaycandan Rusiyaya gətirilən göyərti məhsulları uğrunda yezid və gürcü qruplaşmaları arasında yaranan münaqişəni həll etmək istəyiblər.

Hüquq mühafizə orqanları həbs etdiyi “avtoritet”lər arasında Qvarmiya Mahare, Nuqzar Torçinov, Roman musus Lomtadze, Şalva Xuçua və Vitali İzqilovda kimi “vor zakon”lar var.

Ded Hasanın ölümündən sonra ona tabe olan yezidlərlə, gürcü klan arasında münaqişə yaranıb. Daxili çəkişmələr vaxtılə güclü olan olan bu klanı zəiflədib və başqa qruplaşmalarla münaqişələrin yaranması ilə nəticələnib.

Məlumata əsasən gürcülər və yezidlər Rusiya paytaxtında Azərbaycandan gələn göy-göyərti məhsullarına nəzarət edir, ev və fahişəxanalara “krışalıq” edir, həmçinin, gömrükdən müsadirə olunan malların satışını reallaşdırırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.