Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı –5 siyasi qüvvə barajı aşıb

10-12-2018, 07:33           
Ermənistanda seçkilərin ilkin nəticələri açıqlandı –5 siyasi qüvvə barajı aşıb
Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Strateq.az xəbər verir ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib.

Bu dəqiqələrə görə, ölkə üzrə səslərin 10 faizindən çoxu sayılıb və alınan nəticəyə görə, Baş nazir vəzifəsini icra edən Paşinyanın “Mənim adımım” bloku qalib gəlir.

Beləliklə, açıqlanan ilkin nəticələrə görə, parlamentdə 5 siyasi qüvvə təmsil olunmaq hüququ qazanıb:

1. “Mənim Addımım” – 66,81%

2. “Çiçəklənən Ermənistan” – 11,06%

3. Respublikaçılar Partiyası – 4,11%

4. “İşıqlı Ermənistan” – 5,5%

5. Daşnaksütyun – 6,3%

Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.