Ölkədə internet çökdü - Şirkət üzr istədi

11-12-2018, 07:29           
Ölkədə internet çökdü - Şirkət üzr istədi
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına görə üzr istəyib. Nasazlıq səbəbindən Böyük Britaniya, Yaponiya və başqa ölkələrdə milyonlarla abunəçi müəyyən vaxt ərzində mobil rabitə və mobil internetdən istifadə edə bilməyib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, LTE şəbəkələrinin işində yaşanmış problemlər Britaniyanın “O2” operatoru və Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyasında müşahidə edilib. Hər iki şirkət “Ericsson”un müştərisidir.

"Problem yaratmış nasaz proqram təminatı artıq istismardan çıxarılıb. Biz sifarişçilərimiz və onların müştərilərindən üzr istəyirik. Biz baş vermiş nasazlığın mənfi təsirini azaltmaq üçün və müştərilərin xidmətlərini mümkün qədər tez bərpa etmək üçün səy göstəririk" – “Ericsson”un baş direktoru Borye Ekholm deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.