Tereza Mey Berlində Merkel ilə danışıqlar öncəsi maşında ilişib qalıb - VİDEO

12-12-2018, 06:29           
Tereza Mey Berlində Merkel ilə danışıqlar öncəsi maşında ilişib qalıb - VİDEO
Britaniyanın baş naziri Tereza Mey Almaniya kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə gedib, lakin həmkarı ilə görüşmək üçün bir müddət avtomobildən düşə bilməyib.

“Report”un xəbərinə görə, kadrlarda görünür ki, britaniyalı baş nazirin içərisində olduğu "Mercedes" markalı avtomobilə onun qapısını açmaq üçün bir qadının yaxınlaşır, lakin onu aça bilmir.

Bir neçə cəhddən sonra isə qadın sürücünün müdaxiləsi sayəsində qapını açıb və Tereza Mey avtomobildən düşüb.

Baş verənləri Almaniya kansleri Angela Merkel kənardan izləyib.

Bundan əvvəl Tereza Meyin parlamentdə "Brexit" üzrə səsvermənin təxirə salınmasından sonra Aİ ölkələrinə səfərə başladığı məlumat verilmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.